İbrahimoviçin "Milan"a keçidi ilə bağlı şərtlər müəyyənləşdi

Zlatan İbrahimoviçin "Milan"a qayıdışı məsələsi həllini tapmaq üzrədir. SportLine.az xəbər verir ki, artıq tərəflər razılıq əldə ediblər.

"Tuttosport"un məlumatına görə, isveçli hücumçu yanvar ayında "rossoneri"yə qoşulacaq. Onunla 6 aylıq müqavilə imzalanacaq. Z.İbrahimoviç mövsümün sonunadək "Milan"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, 2010-2012-ci illərdə də "Milan"da çıxış edib.