İdman yarışında kütləvi dava

Dağıstanın Kaspi şəhərində keçirilən güləş turnirində azarkeşlər arasında kütləvi dava baş verib.

SportLine.az "Reqion online"a istinadən xəbər verir ki, yarış yerli idman zallarından birində keçirilib. Qarşılaşmalardan birinin sonunda azarkeşlər xalçaya çıxıblar. Onların arasında dava ilə nəticələnən mübahisə baş verib.

Nəticədə xəsarət alan olmayıb.