İdmançılarımız bu il 851 medal qazanıblar

Azərbaycan idmançıları bu il beynəlxalq yarışlarda 851 medal qazanıblar. 

Sportline.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunları ilə bağlı keçirilmiş mərasimdəki çıxışında deyib. Onun sözlərinə görə, medallardan 347-si "qızıl"dır: "Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar. 851 medal qazanmışıq və sevindirici hal ondan ibarətdir ki, həm döyüş, həm komanda, həm də intellektual idman növlərində bizim idmançılarımız çempiondurlar, qalibdirlər". 

Qeyd edək ki, Azərbaycan idmançıları 2016-cı ildə 837 medal qazanıb.