Sərbəst güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazandılar

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

SportLine.az xəbər verir ki, çempionatın beşinci günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş və 2 bürüncmedalla başa vurub. 

57 kq çəkidə yarışan Əliabbas Rzazadə Macarıstan idmançısı ilə görüşdə qalib gələrək çempionatın bürünc medalını qazanıb.

70 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə təmsilçimiz Ukrayna idmançısına da heç bir şans verməyib və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olub. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və güləşçimiz çempionatın gümüş medalı ilə kifayətlənib. 

79 kq-da yarışan Orxan Abbasov isə ardıcıl olaraq Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Moldova idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Rusiya idmançısını üstələyən Orxan çempionatın bürünc medalına sahib olub. 

97 kq-da mübarizə aparan Alimaqomed Alixmoyev də bürünc medal uğrunda görüşə çıxıb. Ancaq Rusiya idmançısı uduzaraq 5-ci yerlə kifayətlənib. 

57 kq 
Bürünc medal görüşü - Əliabbas Rzazadə - Rajmund Farkas (HUN) 11:0
Təsəlliverici görüş - Madalin Baranga (MDA) - Əliabbas Rzazadə 0:10
1/4 final - Əliabbas Rzazadə - Arsen Harutyunyan (ARM) 0:11
1/8 final - Minir Redjepi (MKD) - Əliabbas Rzazadə 4:8

65 kq 
1/8 final - Elmar Kazımov - Georgi Elbakidze (GEO) 1:2

70 kq 
FİNAL - Çermen Valiev (RUS) - Hacımurad Hacıyev 6:3
1/2 final - Hacımurad Hacıyev - Stepan Lilik (UKR) 12:1
1/4 final - Tobias Portmann (SUİ) - Hacımurad Hacıyev 0:10
1/8 final - İveriko Julakidze (GEO) - Hacımurad Hacıyev 0:10

79 kq 
Bürünc medal görüşü - Astamur Gunba (RUS) - Orxan Abbasov 1:2
1/2 final - Andrian Grosul (MDA) - Orxan Abbasov 12:4
1/4 final - Charles Andree Afa (FRA) - Orxan Abbasov 6:7
1/8 final - Orxan Abbasov - Benjamin Greil (AUT) 12:0
1/16 final - Orxan Abbasov - Tornike Kvinikadze (GEO) 1*:1

97 kq 
Bürünc medal görüşü - Alimaqomed Alixmoyev - Alen Xubulov (RUS) 1:2
1/4 final - Feyzullah Akturk (TUR) - Alimaqomed Alixmoyev 10:0

Azərbaycan Güləş Federasiyasının məlumatı