İlham Əliyev FİDE-nin yeni prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviçə təbrik məktubu ünvanlayıb.

Sportline.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli Arkadi Vladimiroviç,

Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Dünyada şahmat ənənələrinin inkişafı naminə bu məsul vəzifədə Sizə uğurlar arzulayıram”.