İlham Zəkiyev növbəti uğura imza atdı

İngiltərədə paralimpiyaçıların cüdo üzrə Avropa çempionatı keçirilir. Sportline.az xəbər verir ki, idmançılarımız uğurlu çıxış sayəsində 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Ən yaxşı nəticələr Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63kq), Rövşən Səfərov (90kq), və İlham Zəkiyevin (+100 kq) aktivindədir. Bayram Mustafayev (66 kq) 2-ci, Ramil Qasımovla (73 kq) Hüseyn Rəhimli (81 kq) 3-cü yeri tutub. Qeyd edək ki, bu, İlham Zəkiyevin Avropa çempionatlarında 7-ci qələbəsidir.