FİFA ilin ən yaxşı futbolçusunu açıqladı

FİFA ilin ən yaxşılarını açıqlayıb. SportLine.az xəbər verir ki, "ilin ən yaxşı futbolçusu" nominasiyasında Xorvatiya millisinin və Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç qalib olub. O, Kriştianu Ronaldu (Portuqaliya, "Real"/"Yuventus") və Məhəmməd Salahı (Misir, "Liverpul") qabaqlayıb.

Digər nominasiyaların qaliblərini diqqətinizə çatdırırıq:

İlin ən yaxşı qolu - Məhəmməd Salahın "Liverpul"un heyətində "Everton"a vurduğu qol

İlin ən yaxşı baş məşqçisi - Didye Deşam (Fransa)

İlin ən yaxşı qapıçısı - Tibo Kurtua (Belçika, "Çelsi")

İlin ən yaxşı qadın komandası məşqçisi - Reynald Pedros ("Lion")

İlin ən yaxşı futbol azarkeşləri - Peru azarkeşləri

FİFA "feyr-pley" mükafatı - Lennart Ti

İlin "11-liy"i: David de Xea, Dani Alves, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, N'Qolo Kante, Luka Modriç, Kriştianu Ronaldu, Kilian Mbappe, Lionel Messi

İlin ən yaxşı qadın futbolçusu - Marta (Braziliya)


Bu gün FİFA ilin ən yaxşı futbolçu və baş məşqçisinin adını açıqlayacaq. 

SportLine.az xəbər verir ki, Londonda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

"İlin ən yaxşı futbolçusu" adına namizədlər:

Luka Modriç ("Real", Xorvatiya)
Məhəmməd Salah ("Liverpul", Misir)
Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya) 

"İlin ən yaxşı baş məşqçisi" adına namizədlər:

Didye Deşam (Fransa millisi)
Zinəddin Zidan ("Real"ın sabiq baş məşqçisi)
Zlatko Daliçdir (Xorvatiya millisi)

Tədbirdə ən yaxşı qadın məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bundan başqa,  FİFA/FiFPro World 11 versiyasına əsasən, ilin rəmzi komandası açıqlanacaq.

Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcədə jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata K.Ronaldo layiq görülüb.