İlk gündə iki bürünc medal şansı

Bu gün Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb. 

SportLine.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. Yığmamızın iki üzvü – Nəzərşah Fətullayev (87 kq) və Sərxan Məmmədov (130 kq) bürünc medala iddialıdır. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.

55 kq

1/4 final – Nurtazin Kerimberdi Uulu (KGZ) – Zülfiqar Əliyev 9:0

1/8 final – Zülfiqar Əliyev – Şota Oqava (JPN) 7:0

63 kq

1/8 final – Saqar Saqar (İND) – Kamran Mirzəliyev 9:7

77 kq

Təsnifat – Nasir Həsənov – Zahari Rosenov Zaşev (BUL) 0:8

87 kq

Bürünc medal görüşü – Nəzərşah Fətullayev

1/2 final – Ramon Reyner Betşart (SUİ) – Nəzərşah Fətullayev 5:3

1/4 final – Nəzərşah Fətullayev – Yakob Edvard Loqaard (SWE) 3:1

1/8 final – Nəzərşah Fətullayev – Bedirhan Tan (TUR) 4:3

130 kq

Təsəlliverici görüş – Fatih Bozkurt (TUR) – Sərxan Məmmədov

1/8 final – Amin Mohammadzaman Mirzəzadə (İRİ) – Sərxan Məmmədov 10:1

Təsnifat – Sərxan Məmmədov – Roland Vatzi (HUN) *7:7

Azərbaycan Güləş Federasiyasının məlumatı