İngilis futbolçu 26 yaşında karyerasını bitirdi

"Hall Siti" klubunun şərəfini qoruyan Rayan Meyson 26 yaşında futbolla vidalaşmaq məcburiyyətində qalıb.

SportLine.az xəbər verir ki, ötən il yanvar ayında "Çelsi" ilə görüşdə Qarri Keyhillə mübarizədə başından xəsarət alan R.Meysonun kəllə sümüyünün çatladığı müəyyən olunmuşdu. Bir il ərzində müalicə olunan futbolçu həkimlərin məsləhəti ilə futbolla vidalaşmaq barədə qərar qəbul edib.

Qeyd edək ki, R.Meyson karyerasına "Tottenhem"də başlayan yarımmüdafiəçi 2016-cı ildə "Hall Siti"yə keçmişdi.