İngiltərə nəhənglərindən fransalı futbolçuya təklif

Fransa millisinin və "Lion"un futbolçusu Nabil Fekir İngiltərə klublarının maraq dairəsinə düşüb. SportLine.az xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" gənc hücumçunun xidmətində maraqlıdır. 

"Mirror"un məlumatına görə, "Liverpul" klubu artıq "Lion"la rəsmi danışıqlara başlayıb. 

Qeyd edək ki, "mersisaydlılar" bir müddət öncə də N.Fekir üçün "Lion"a təklif ünvanlasa da, Fransa klubunu razı sala bilməmişdi.