İngiltərə və Ukrayna komandası Rusiyaya getməkdən imtina etdi

Rusiyada Kaspiysk şəhərində keçiriləcək güləş üzrə Avropa çempionatında iştirak edəcək komandaların yekun sayı açıqlanıb.

SportLine.az xəbər verir ki, aprelin 30-da start götürəcək yarışda 34 yox, 32 ölkə qatılacaq. Buna Ukrayna və Böyük Britaniya seçmələrinin siyasi məsələlərə görə Rusiyaya yollanmaqdan imtina etməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycanın da iştirak edəcəyi qitə birinciliyində idmançılar 224 medal uğrunda mübarizə aparacaqlar.

Artıq yarışın medalları da hazırdır. Kvadrat formalı medallarda Avropa çempionatının simvolu əksini tapıb. Mükafatın diametri 7 sm, qalınlığı 7 mm-dir.

Qeyd edək ki, Avropa çempionatı mayın 6-dək davam edəcək.