"İnter" "İstiqlol"dan güclü oldu

Antalyada təlim-məşq toplanışında olan "İnter" növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Tacikistanın "İstiqlol" klubu olub. Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, "İnter" Antalyada keçirdiyi iki yoxlama matçında da heç-heçə edib. İlk olaraq Qazaxıstanın "Ordabası" klubu ilə qolsuz bərabərə qalan komanda ardınca Rumıniya "Botoşani"si ilə sülh bağlayıb - 1:1.