"İnter" Olimpiya Stadionunda məşq etdi

Avropa Liqasında mübarizə aparacaq Bakı “İnter”i hazırlıqların ikinci mərhələsinə start verib.

SportLine.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda Bolu toplanışından sonra məşqləri Bakıda davam etdirir.
 
Bu gün Bakı Olimpiya Stadionunda keçirilən hazırlıq prosesində Müşahidə Şurasının sədri Zaur Axundov da iştirak edib.