"İnter"in Müşahidə Şurasının sədri müəyyənləşdi

"İnter" klubunun Müşahidə Şurasının sədri müəyyənləşib. Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov təyin olunub. Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında  bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş "İnter"ə Zaur Axundov rəhbərlik edəcək.  AFFA tərəfindən “İnter”ə səlahiyyətli nümayəndə təyin olunan Rəmiş Malıyev isə İcraçı direktor vəzifəsini icra edəcək.