"İnter"in rəqibindən 5 transfer

Avropa liqasında "İnter"lə qarşılaşacaq "Mladost" heyətini gücləndirməkdə davam edir. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Luçani təmsilçisi daha beş futbolçu transfer edib. Bunlar Bismark Apia, Husnidin Qafurov, Nenad Marinkoviç, İvan Markoviç və Uroş Sindziçdir.

Qeyd edək ki, "İnter" "Mladost"la ilk görüşü iyunun 29-da səfərdə, cavab görüşünü isə iyulun 6-da Bakıda keçirəcək.