İquainin cəzası açıqlandı

İtaliya A Seriyasının 12-ci turu çərçivəsində keçirilən "Milan" - "Yuventus" matçında qırmızı vərəqə ilə meydandan qovulan Qonzalo İquainin cəzası müəyyənləşib. SportLine.az xəbər verir ki, argentinalı hücumçu növbəti iki oyunda komandasına kömək edə bilməyəcək.

Beləliklə, İquain ölkə çempionatında "Latsio" və "Parma" lə görüşləri buraxacaq.

Qeyd edək ki, “Milan” – “Yuventus” oyunu Turin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.