İslam Abbasov Avropa çempionudur

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. 

SportLine.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışır. Yığmamız iki çəki dərəcəsində təmsil olunur. 

87 kq-da mübarizə aparan İslam Abbasov ardıcıl olaraq Rusiya və Bolqarıstan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Macarıstan idmançısına da heç bir şans verməyən İslam finala yüksəlib. Həlledici görüşdə Xorvatiya təmsilçisinə də qalib gələn İslam Abbasov çempionatın qızıl medalına sahib olub.  

87 kq 
FİNAL - İvan Huklek (CRO) - İslam Abbasov 1:4
1/2 final - Attila Vitek (HUN) - İslam Abbasov 1:7
1/4 final - Yoan Dimitrov (BUL) - İslam Abbasov 2:10
1/8 final - İslam Abbasov - Qazi Xəlilov (RUS) 12:3

Azərbaycan Güləş Federasiyasının məlumatı