İslamiada: Güləşçilərimizdən 8 medal

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Artıq yunan-Roma növündə mübarizəyə yekun vurulub.

İkinci gündə Kamran Məmmədov, Elvin Mürəsliyev və İslam Abbasov qızıl, Sabah Şəriəti bürünc medala sahib çıxıb.

Qeyd edək ki, güləş yarışlarının ilk günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələnib. 

66 kq
FİNAL - Z.Kilibayev (KGZ) - Kamran Məmmədov - 0:9
1/2 final - Kamran Məmmədov - M.Raxmatov (UZB) 6:0
1/4 final - M.Zeidvand (İRİ) - Kamran Məmmədov 0:6

75 kq
FİNAL - Furkan Bayrak (TUR) - Elvin Mürsliyev - 0:1
1/2 final - Elvin Mürsəliyev - K.Togulbaev (KGZ) 3:2
1/4 final - Elvin Mürsəliyev - R.Garmsiri (İRİ) 6:1

85 kq 
FİNAL - İslam Abbasov - Ali Cengiz (TUR) - 3:1
1/2 final - İslam Abbasov - A.Beişebekov (KGZ) 3:1
1/4 final - Fallahhamidabadi (İRİ) - İslam Abbasov 1:2

130 kq 
Bürünc medal görüşü - R.Alkrad (SYR) - Sabah Şəriəti - 0:9
1/2 final - M.Abdullaev (UZB) - Sabah Şəriəti 8:0
1/4 final - Sabah Şəriəti - M.A. Xan (PAK) 9:0