İslamiada: İdmançılarımızdan daha 6 medal

IV İslam Həmrəyliyi Oyunlarının son günü də Azərbaycan komandası üçün uğurlu alınıb. SportLine.az xəbər verir ki, uşu ustalarımız yarışın son günündə kolleksiyamızı daha 6 medalla zənginləşdiriblər.

Komandamızın heyətində yalnız finalda uduzan Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərimov (70 kq) gümüş medalla kifayətləniblər. Digər uşu ustalarımızdan Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) isə 3-cü yeri tutublar.