İslamiada: İlham Zəkiyev "bürünc" uğrunda yarışacaq

İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçı cüdoçular mübarizəyə qoşulublar. SportLine.az xəbər verir ki, ikiqat paralimpiya çempionu İlham Zəkiyev də ilk gündə tatamiyə çıxıb. 100 kq çəki dərəcəsində finala yüksələ bilməyən idmançımız bürünc medal uğrunda yarışacaq.

Bu çəki dərəcəsində digər Azərbaycan cüdoçusu Kənan Abdullaxanlı isə finalda iştirak etmək hüququ qazanıb.