İslamiadanın bilet satışından əldə olunan gəlir

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb.  Sportline.az reporta istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

O deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək: "Hələlik təqribən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib".

Nazir idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib: "Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma federasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik. "Bakı 2015" I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 100 minlə bu 100 min eyni deyil". 

Nazir bildirib ki, büdcədə açılış və bağlanışa 20 milyon manat nəzərdə tutulub: "Lakin xərclər tam hesablanmayıb, ona görə bu barədə tam məlumat veriləcək".