İspaniyada danışılmış oyunlara görə əməliyyat başlanıldı

İspaniya Futbol Federasiyası 3-cü (Sequnda B) və 4-cü (Tercera) liqalarda danışılmış oyunlarla bağlı əməliyyata başlayıb.

SportLine.az "EFE" agentliyinə istinadən xəbər verir ki, əməliyyatın ilk günündə 24 nəfər nəzarətə götürülüb. Adları açıqlanmayan şəxslərin futbolçuları oyun vaxtı penalti etməyə və topu qapı xəttindən çıxarmağa məcbur etdiyi bildirilir.

Məlumata görə, əməliyyatlar Çin bukmeyker şirkətinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, 2016-cı ildə 34 nəfər tennis oyunlarındakı dələduzluğa görə, 2017-ci ilin aprelində isə 5 nəfər danışılmış oyunlarda iştiraka görə həbs olunub.