İstanbul derbisində qarşılıqlı qollar

Türkiyə Super Liqasında 6-cı tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günü İstanbul derbisi ilə yadda qalıb.

Əzəli rəqiblər - "Fənərbağça" və "Beşiktaş" münasibətləri birincilərin meydanında aydınlaşdırıb. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

Hesabı 40-cı dəqiqədə Rayan Babel açıb. 71-ci dəqiqədə Andre Ayu yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu nəticədən sonra "Fənərbağça" turnir cədvəlində 13-cü, "Beşiktaş" 4-cü  yerdə qərarlaşıb.

Standings provided by Sofascore LiveScore