İstanbul derbisinin hakimi bəllidir

Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" duelinin hakim təyinatları açıqlanıb. SportLine.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, matçın baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" görüşü oktyabrın 22-i keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.