İtaliya A Seriyasında təxirə salınan görüşlərin vaxtı müəyyənləşdi

İtaliya A Seriyasının 27-ci turunun təxirə salınan 7 görüşünün keçiriləcəyi tarixlər müəyyənləşib.

SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, "Cenoa" - "Kalyari", "Benevento" - "Verona", "Kyevo" - "Sassuolo", "Torino" - "Krotone" və "Udineze" - "Fiorentina" oyunları aprelin 3-4-ə, "Atalanta" - "Sampdoriya" matçı isə 11-ə planlaşdırılıb.

"Milan" - "İnter" matçının isə vaxtı, hələ ki, dəqiqləşməyib. Bu oyunun vaxtı "rossoneri"nin Avropa Liqasındakı oyunlarının təqviminə əsasən müəyyən ediləcək.

Xatırladaq ki, həftəsonu "Fiorentina"nın kapitanı Davide Astorinin ölümü səbəbilə turun 7 matçı təxirə salınmışdı.