Kafu Bakıya gəlir

Futbol üzrə braziliyalı ikiqat dünya çempionu Kafu Bakıya gələcək. 

SportLine.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da "Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub. 

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.