Kamerunlu futbolçu "Keşlə"də

"Keşlə" qış transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirib. 

SportLine.az xəbər verir ki, paytaxt təmsilçisi baxışda olan kamerunlu vinger Herve Tçami ilə bir illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 29 yaşlı futbolçu bundan öncə Səudiyyə Ərəbistanının "Hayer" klubunun şərəfini qoruyub.