Kamran Ağayev və Vaqif Cavadov rəsmən "Keşlə"də

"Keşlə" yeni transferləri ilə müqavilə bağlayıb.

SportLine.az klubun saytına istinadən xəbər verir ki, Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev və Pablo Podio ilə 6 aylıq, Herve Tçami ilə isə 1  illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Keşlə" Pablo Podionu "Fastav"dan (Çexiya) icarəyə götürüb.