Kamran Şahsuvarlı finalda!

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçuların Avropa çempionatı sona yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, artıq bəzi çəkilərdə finalçılar bəlli olub.

Həlledici görüşə yüksələnlər arasında Azərbaycan təmsilçisi - Kamran Şahsuvarlı da var. 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız macarıstanlı Adam Harcla qarşılaşmadan qalib ayrılıb.

Boksçumuzun finaldakı rəqibi ukraynalı Aleksandr Xijnyak olacaq.

Qeyd edək ki, yarışa 10 boksçu ilə qatılan millimizin 5 üzvü 1/4 finala yüksəlməyi bacararaq dünya çempionatında yarışmağa haqq qazanıb.