Kamran və Emin "Porto"ya qarşı oynaya biləcək?

Bu gün Portuqaliya Premyer Liqasında növbəti görüşlər keçiriləcək. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" "Porto"nu qəbul edəcək. 

E.Mahmudov zədəsini hələ sağaltmadığı üçün meydana çıxa bilməyəcək. K.Ağayevin qapını qoruyub-qorumayacağına isə baş məşqçi qərar verəcək.

Qeyd edək ki, "Boavişta" - "Porto" matçının start fiti Bakı vaxtı ilə 00:15-də səslənəcək.