Karateçilərimiz Avstriya sınaqlarında

Martın 2-də Avstriyanın Zalsburq şəhərində start götürəcək Karate1 Seria A turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportline.az- xəbər verir ki, seçmə komandanın heyətində 8 idmançı yer alacaq.

Üç gün davam edəcək yarışda qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), kişilərdən isə Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev, Pənah Allahverdiyev (hər ikisi 84 kq) və Asiman Qurbanlı (+84 kq) tatamiyə çıxacaq.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaq.

Qeyd edək ki, turnirdə 88 ölkədən 1597 idmançı mübarizə aparacaq.