Karateçilərimiz bürünc uğrunda döyüşəcəklər

Avstriyanın Linz şəhərində WKF karate üzrə dünya çempionatı davam edir. SportLine.az-a Milli Karate Federasiyasından verilən xəbərə görə, bu gün komanda kumite yarışları olub. Kişilərdən ibarət komandamız əvvəlcə Serbiya, ardınca ABŞ seçmələrini münarizədən kənarlaşdırsa da İran kollektivinə uduzub. Rəqib finaladək irəlilədiyindən komandamız təsəlliverici görüşlərə çıxıb. Burada ardıcıl olaraq İsveçrə və Hollandiya komandalarına qalib gələn karateçilərimiz oktyabrın 30-da bürünc medal uğrunda görüşə vəsiqə qazanıblar. Rəqib Fransa kollektividir. Xatırladaq ki, sabah fərdi kumite üzrə finallarda Fafael Ağayevlə Ayxan Mamayev də qızıl medal uğrunda döyüşəcək