Karateçilərimiz Hollandiya sınaqlarında

Bu gün Hollandiyanın Roterdam şəhərində "Karate 1” Premyer Liqa turniri start götürüb. 

Sportline.az xəbər verir ki, baş məşqçi Şahin Xudaverdiyev yarışda dünya reytinq cədvəlinin ilk 50 pilləsində olan idmançıların mübarizə aparmasına üstünlük verib.

Premyer Liqada kişilərdən Firdovsi Fərəzliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi +84 kq), Roman Heydərov (kata), qadınlardan isə Nuranə Əliyeva (50 kq), Fidan Teymurova (50 kq) və İlahə Qasımova (55 kq) çıxış edəcək.

Qeyd edək ki, turnirə 74 ölkədən 683 idmançı qatılacaq.