Karateçilərimiz İsveçrədən 2 kubokla dönür

“Qəbələ” İdman Klubunun karateçiləri növbəti uğura imza atıblar. SportLine.az xəbər verir ki, Azərbaycan milli komandasının heyətində yer alan Rafael Ağayev və Rafiz Həsənov İsveçrənin Bazel şəhərində keçirilən IX Open Masters 2018 turnirində fərqləniblər. Ağayev 75 kq, Həsənov isə 67 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançılarımız yarışın qalibi kimi kubokla təltif olunublar.

Xatırladaq ki, Azərbaycan yığması turnirdə ümumilikdə 11 mükafata yiyələnib. Bunlardan dördü 1-ci, dördü 2-ci, üçü isə 3-cü yer üçün təqdim olunub.

"Qəbələ" İK-nın məlumatı