Karateçilərimizdən Qran-pri turnirində uğurlu start

WKF karate üzrə seçmə komandamız Xorvatiyanın Samobor şəhərində təşkil olunan Qran-pri turnirinin ilk yarış günündə 2 qızıl 1 bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, Fərid Ağayevlə (52 kq) Fidan Dadaşova (47 kq) qızıl, Tale Yaqubov (63 kq) isə bürünc müküfata sahib olub.

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək Qran-pri turniri fevralda Rusiyada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.