Karateçilərimizin DÇ-də yekun nəticəsi

Azərbaycan karateçiləri dünya çempionatında inamla çıxış etdilər. SportLine.az xəbər verir ki, karateçilərimiz Avstriyanın Linz şəhərində 118 ölkənin qatıldığı WKF karate üzrə 24-cü Dünya çempionatını 5-ci pillədə, Avropa ölkələri arasında isə 2-ci yerdə başa vurub.  Rafael Ağayevin (-75 kq) 5 qat dünya çempionluğu, Ayxan Mamayevin (-84 kq) gümüş medala, Firdovsi Fərzəliyevin (-60 kq) isə bürünc mükafata sahib olması, medala layiq ola bilən 26 ölkə arasında bizə yüksək nəticə qazandırıb. Komanda yarışlarının bürünc mükafatı uğrunda Fransa idmançıları ilə mübarizə aparan karateçilərimiz təəssüf ki, hakim haqsızlığı üzündən medalsız qalıblar.