Karlsen və Karuana qalibi müəyyənləşdirə bilmir

Dünya Şahmat Tacı uğrunda mübarizə davam edir.

SportLine.az xəbər verir ki, Fabiano Karuana və Maqnus Karlsen arasında planlaşdırılan 12 partiya yekunlaşsa da, qalibi müəyyənləşdirmək mümkün olmayıb. Bütün oyunlarda heç-heçə rəqiblərin mübarizəsində hazırda vəziyyət bərabərdir - 6:6.

Beləliklə, dünya çempionu noyabrın 28-də tay-breykdə müəyyənləşəcək.