"Kavalyerlər" finalda

"Klivlend Kavalyers" ardıcıl 4-cü dəfə Milli Basketbol Assosiasiyasında Şərq Konfransının finalına adını yazıdırıb. 

SportLine.az xəbər verir ki, yarımfinal seriyasında "Toronto Reptors"a aman verməyən və hər 4 görüşdə qələbə qazanan "kavalyerlər" konfrans finalına yüksəliblər.

Seriyanın sonuncu oyununda 128-93 hesablı qələbəyə sevinən Klivlend təmsilçilərinin heyətində LeBron Ceyms gecənin ulduzu olub. 29 xal, 11 ribauntla yadda qalan basketbolçunu Kevin Lav (23 xal) və Kayl Korver (16 xal) izləyib.