"Kavalyerlər"in qələbə seriyası davam edir

Amerika Milli Basketbol Assosiasiyasının Müntəzəm Çempionatında növbəti oyunlar keçirilib. 

SportLine.az xəbər verir ki, azarkeşlərin diqqəti, əsasən, "Bruklin Nets" - "Klivlend Kavaliers" görüşünə yönəlib. Son 4 oyunda qələbə qazanan "kavalyerlər" bu dəfə də fanatlarını sevindiriblər - 121:114. 

37 xal, 10 ribaunt və 8 məhsuldar ötürmə ilə yadda qalan LeBron Ceyms gecənin ulduzuna çevrilib.

Digər oyunlarda bu nəticələr qeydə alınıb:

"Miluoki Baks" - "Sen Antonio Spörs" - 106:103
"İndiana Peykers" - "Mayami Hit" - 113:107
"Sakramento Kinqs" - "Boston Seltiks" - 93:104
"Toronto Reptors" - "Los Anceles Klippers" - 106:117
"Vaqinşqton Uizards" - "Nyu York Niks" - 97:101
"Oklahoma Siti Tander" - "Portlend Treyl Bleyzers" - 105:108
"Hyuston Rokets" - "Atlanta Houks" - 118:99
"Qolden Steyt Uarriors" - ""Yuta Cazz" - 91:110