Kazanlıların Ronalduya maraqlı sürprizi

Konfederasiyalar kubokunda yarışan Portuqaliya millisinin lideri Kazanda sürprizlə qarşılaşıb. Sportline.az xəbər verir ki, iyunun 18-də Meksika ilə görüşən portəgizlərin məskunlaşdığı otellə üzbəüz binada, Ronaldunun şəkli əks olunub. Kazan şəhərinin meri İlsur Metşin məsələyə belə aydınlıq gətirib:"Portuqaliyalıların məskunlaşdığı otelə baxış keçirəndə, Ronaldunun qalacağı otaqla maraqlandım. Pəncərədən açılan mənzərə ürəyimcə olmadı. Üzbəüz binanın görünüşünü bu yolla dəyişmək qərarına gəldik. Bu işdə isə, bizə şəhərin istedadlı sakinləri yardımçı oldular". Qeyd edək ki, Kazanda keçirilən Portuqaliya-Meksika görüşündə qalib müəyyənləşməyib (2-2).