"Kəpəz" ukraynalı qapıçı transfer edir

"Kəpəz" qış transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır. SportLine.az atn.ua saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi ukraynalı qapıçı Sergey Litovçenko ilə razılığa gəlib. Onunla gələn həftə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, S.Litovçenko bundan əvvəl Tbilisi "Dinamo"sunun şərəfini qoruyub.