"Kəpəz" yeni transferini sifariş etdi

"Kəpəz" yeni transferi Dario Federikonun PFL-ə sifariş edib.

SportLine.az qurumun aytına istinadən xəbər verir ki, braziliyalı hücumçunun adı Gəncə klubunun iştirak ərizəsinə daxil edilib. Beləliklə, o, Topaz Premyer Liqanın 16-cı turunda "Keşlə"yə qarşı ev oyununda meydanda çıxa biləcək.

Qeyd edək ki, "Kəpəz"in  Cənubi Koreya klubu "Sonnam"dan aldığı D.Federikonun transfer vərəqəsi gecikdiyi üçün onun adı iştirak ərizəsinə əlavə edilməmişdi.

Əlavə edək ki, D.Federiko 91 nömrəli forma ilə çıxış edəcək.