"Kəpəz"dən daha bir transfer

Topaz Premyer Liqasının qış fasiləsində "Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib. 

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın Bakıdakı təlim-məşq toplanışı dövründə uğurla baxışdan keçən Tural Nərimanovun Gəncə klubunda qalmasına qərar verilib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Tural Nərimanov əvvəlki iki mövsümdə "sarı-göylər”in şərəfini qoruyub.