“Kəpəz”dən növbəti məğlubiyyət

Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz" növbəti yoxlama matçında qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib Türkiyə I Liqasında çıxış edən "Ankaragücü" kollektivi olub.

Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qeyd edək ki, “Kəpəz” iki gün əvvəl Türkiyənin digər I liqa təmsilçisi “Samsunspor”la yoldaşlıq görüşü keçirib və 1:2 hesabı ilə məğlub olub.