"Keşlə" daha bir transferini rəsmiləşdirdi

"Keşlə" növbəti transferini həyata keçirib. 

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Nikola Mitroviçlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mitroviçin son iş yeri Polşanın "Visla” klubu olub. O, vətənində "Napredak” və "Partizan”, Rusiyanın "Volqa” Macarıstanın "Uypeşt” və "Videoton”, İsrailin "Makkabi” (Təl-Əviv) və "Bney Yehuda”, Çinin "Şanxay Şensin” və Kiprin "Anortosis” komandalarının da formasını geyinib.