"Keşlə"dən məğlubiyyətə bərabər qələbə

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Keşlə" cavab oyununa Bakıda çıxacaq. Rəqib Maltanın "Baltsan" kollektivi olacaq.

Səfərdə qapısından 4 top buraxan paytaxt klubu, doğma azarkeşlər önündə vəziyyəti dəyişməyə çalışacaq. Bir neçə gün öncə baş məşqçisi Yuri Maksimovla vidalaşan "Keşlə"nin çətin vəzifənin öhdəsindən gəlməsi üçün rəqib qapısından, ən azı, üç top keçirməsi tələb olunur.

Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarışlaşmanı Rusiyadan Mixail Vilkov idarə edəcək.


19 iyul 2018
Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunu)

“Keşlə” (Azərbaycan) – “Baltsan” (Malta) - 2:1
QOLLAR:
Sezar Meza Kolli, 11 (1:0); Slavik Alxasov, 90+2 (2:0); Andriya Maydevaç, 90+6 (2:1)

Baş hakim: Mixail Vilkov
Baş hakimin köməkçiləri: Aleksey Vorontsov, Vladimir Mineviç
Dördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)
Hakim-inspektor: Stefen Lodj (İngiltərə)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)
Bakı. “Dalğa Arena”
İlk oyun – 1:4