"Keşlə" "Neftçi"dən güclü oldu

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında VII turdan təxirə salınmış oyun keçirilib. SportLine.az Peşəkar Futbol liqasının saytına istinadən xəbər verir ki, günün yeganə qarşılaşmasında “Keşlə” və “Neftçi” üz-üzə gəlib.

Paytaxt təmsilçilərinin dueli meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Hər hissədə 1 qol vuran “Keşlə” hesabına 3 xal yazıb.

Əvəzedicilərin çempionatı

XII tur

"Keşlə" - "Neftçi"" – 2:0
Emil Əliyev, 38; Murad Qayalı, 66

1

Qəbələ

12

10

1

1

44-8

31

2

Zirə

12

6

3

3

18-17

21

3

Səbail

12

6

3

3

20-16

21

4

Keşlə

12

4

6

2

20-17

18

5

Neftçi

12

4

2

6

10-17

14

6

Qarabağ

12

3

2

7

11-20

11

7

Sumqayıt

12

2

3

7

12-29

9

8

Kəpəz

12

1

4

7

8-19

7