"Keşlə" "Səbail"dən güclü oldu

Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən çempionatda 15-ci turun oyunları davam edir.

SportLine.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçirilib. "Səbail"i qəbul edən "Keşlə" azarkeşlərini sevindirib - 2:0.

Qeyd edək ki, aktivində 35 xalı olan "Qəbələ" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Səbail" 27 xalla 2-ci, "Keşlə" 23 xalla 3-cüdür.