"Keşlə" yeni transferləri ilə bağlı məlumat yaydı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə” klubu daha iki futbolçunu heyətinə cəlb edib.

SportLine.az xəbər verir ki, paytaxt təmsilçisi serbiyalı yarımmüdafiəçi Miloş Bosançiç və özbəkistanlı hücumçu Bahodir Nəsimovla münasibətləri rəsmiləşdirib. Hər iki legioner 1 illik sözləşməyə imza atıb.

Bundan başqa, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli və hücumçu Əlibəy Məmmədlinin müqaviləsinin müddəti uzadılıb. Onlar daha bir il "Keşlə”nin formasını geyinəcəklər.