"Keşlə" "Zirə" ilə oyuna hazırlaşır

"Keşlə" klubu Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığını davam etdirir.

SportLine.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda bu gün "ASK Arena”da məşqə çıxıb.

Qeyd edək ki, Topaz Premyer Liqasının 8-cu turu çərçivəsində oktyabrın 21-də "ASK Arena"da keçiriləcək "Keşlə” – "Zirə” oyunu saat 19:00-da başlanacaq.